Bank Of Baku

Şabranda qanunsuz ov edən şəxslər saxlanılıblar - FOTO

Şabranda qanunsuz ov edən şəxslər saxlanılıblar - FOTO
# 16 oktyabr 2024 08:40 (UTC +04:00)

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Z.Məmmədov və H.İsmayılov saxlanılıblar.

APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Həmin şəxslərdən 2 ədəd ov silahı, həmin silahlara aid patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şabran RPŞ-də araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR