Bank Of Baku

Şahbuzda yol qəzası nəticəsində Enerji Təchizatı İdarəsinin əməkdaşları xəsarət alıb

Şahbuzda yol qəzası nəticəsində Enerji Təchizatı İdarəsinin əməkdaşları xəsarət alıb
# 14 iyun 2023 20:02 (UTC +04:00)

Şahbuz rayonunda baş verən qəzada 6 nəfər xəsarət alıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu gün baş verən qəzada xəsarət alanlar Şahbuz rayonu Enerji Təchizatı və Satışı İdarəsi işçiləri olub.

Qəza zamanı Şahbuz şəhər sakinləri - 1975-ci il təvəllüdlü Əliyev Həbib Seyfulla oğlu, 1976-cı il təvəllüdlü İbrahimov Səbuhi Əmrəli oğlu, Şahbuz rayonu Kolanı kənd sakini 1982-ci il təvəllüdlü Nəsirov Arzuman İsa oğlu, Şahbuz rayon Külüs kənd sakini 1994-cü il təvəllüdlü Quliyev Nadir Abbas oğlu, Şahbuz rayon Keçili kənd sakinləri - 1975-ci il təvəllüdlü Eyvazov Ələddin Ələm oğlu və 1994-cü il təvəllüdlü Firudinlu Nurulla Nurəddin oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR