Salyanda 4 yaşlı uşağı əqrəb sancıb

Salyanda 4 yaşlı uşağı əqrəb sancıb
# 19 sentyabr 2024 23:23 (UTC +04:00)

Salyan rayonunda 4 yaşlı uşağı əqrəb sancıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Kənd sakini, 2019-cu il təvəllüdlü Qəribli Mələk Taleh qızı əqrəb sancması ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Doğmalarının dediyinə görə, uşaq həyətdə oynayarkən əqrəb onun barmağından sancıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR