Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Qızılağac kəndində qeydə alınıb.
Ə.Bəşirlinin idarə etdiyi "Chevrolet" markalı avtomobil Qızılağac kənd sakini, 2000-ci il təvəllüdlü Kərimov Şamil Malik oğlunu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.