Bank Of Baku

Salyanda yol qəzasında ölənlərin sayı 4-ə çatıb, 3 nəfər xəsarət alıb- FOTO - VİDEO - YENİLƏNİB4

Salyanda yol qəzasında ölənlərin sayı 4-ə çatıb, 3 nəfər xəsarət alıb- FOTO  - VİDEO  - YENİLƏNİB4
# 21 iyul 2026 01:02 (UTC +04:00)

Salyanda baş verən avtomobil qəzasında ölənlərin sayı 4 nəfərə çatıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəzada xəsarət alan “VAZ2106” markalı avtomobildə olan Şorsulu kənd sakini, 1972-ci il təvəllüdlü Əsədov Vüqar Tahir oğlu həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

23:30

Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (1 qadın, 4 kişi) 20.07.2026-cı il tarixində 18:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

APA xəbər verir ki, bu barədə TƏBİB-in hadisə ilə bağlı açıqlamasında deyilir.

Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

Vəziyyəti kritik ağır olan 1 nəfərin (kişi) isə aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 19:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.

***

20:12

Salyanda yol qəzasında ölənlərin sayı 3-ə çatıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə nəticəsində xəsarət alaraq xəstəxanaya çatdırılan şəxslərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

***

19:26

Salyanda yol qəzasında 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, "Toyota" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanlar Salyan xəstəxanasına çatdırılıb.

"VAZ"da sıxılı vəziyyətdə qalan iki nəfərin meyiti FHN-in qüvvələri tərəfindən çıxarılıb.

***

18.41

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə dəmir yol keçidinin yaxınlığında qeydə alınıb.

"Toyota" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfərin öldüyü bildirilir.

Bundan başqa, xəsarət alanlar da olub, onlar Salyan xəstəxanasına çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR