Şamaxıda piyadanı maşın vurub.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə gecə saatlarında Şamaxıda baş verib.
Nəticədə rayon sakini 1986-cı il təvəllüdlü Ağayev Ramiz Durasan oğlu aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib.
Baş vermiş hadisə ilə bağlı DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı araşdırma aparılır.