Bank Of Baku

Samur-Abşeron kanalından meyiti tapılan şəxsin kimliyi məlum olub

Samur-Abşeron kanalından meyiti tapılan şəxsin kimliyi məlum olub
# 20 oktyabr 2024 10:42 (UTC +04:00)

Ötən gün axşam saatlarında Samur-Abşeron kanalının Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində metiyi tapılan şəxsin kimliyi müəyyənləşib.
APA-nın Şimal bürosu xəbər verir ki, meyiti tapılan şəxsin 1995-ci il təvəllüdlü, Xaçmaz rayonunun Hacıəlibəy kənd sakini Cəfərova Kübraxanım Cəlil qızı olduğu bəlli olub.
Onun oktyabrın 3-də itkin düşdüyü bildirilir. 29 yaşlı K. Cəfərovann hansı səbəbdən Samur Abşeron kanalına düşdüyü məlum deyil.
Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR