Bank Of Baku

Samuxda ər boşanmaq istəyən arvadını küt alətlə başından vurub

Samuxda ər boşanmaq istəyən arvadını küt alətlə başından vurub
# 01 oktyabr 2025 19:19 (UTC +04:00)

Samuxda ər arvadını küt alətlə başından vurub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 1987-ci il təvəllüdlü İ. Məmmədova başının kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, qadın həyat yoldaşı tərəfindən döyülüb, başına küt alətlə xəsarət yetirilib. Hadisəyə qadının ərindən boşanmaq istəməsinin səbəb olduğu deyilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Polis əməkdaşları tərəfindən şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR