Samux rayonunun Alabaşlı qəsəbəsində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus teplovozun 4-cü mühərriki yanıb.
APA FHN-ə istinadən xəbər verir ki, teplovozun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
12.11
Samuxda yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Böyük Kəsik dəmir yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Gəncə Lokomotiv Deposuna məxsus teplovozda anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-in yanğınsöndürənləri cəlb edilib.
Yanğın söndürülüb, teplovozun qalan hissəsi yanğından mühafizə edilib.