Bank Of Baku

Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin məhkəməsində şahidlər dindirilib

Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin məhkəməsində şahidlər dindirilib
# 05 oktyabr 2026 13:37 (UTC +04:00)

Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq rəisi Mehdi Əmrahovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Sahib Qarayev ifadəsində bildirib ki, elan olunan tenderlərdə ən aşağı qiymət təklif edən şirkətlə müqavilə imzalayıblar: "Pulu mənə nağd verdilər. Ümumilikdə, verilən pullardan 16 faiz çıxdıqdan sonra qalan pulun 1-3 faizi mənə çatırdı”.

Şəxsin istintaq verdiyi ifadənin bir qisminin elan olunub. Məlum olub ki, ümumi mənimsənilən məbləğdən ona 16 min 991 manat çatıb. 514 min 476 manat isə Arif Şıxəliyev adlı şəxs vasitəsilə Mehdi Əmrahova çatdırılb.

Daha sonra iş üzrə şahid qismində tanınan Arif Şıxəliyev, Yaşar Əmənov ifadə verib.

Şahid Yaşar Əmənov bildirib ki, ittihamda adı çəkilən 16 MMC onun iştirakı ilə açılıb, hər əməliyyata görə özünə düşən məbləğdən 500-600 manat MMC kimin adına olubsa, ona ödənilib.

Məhkəmə zamanı məlum olub ki, Sahib Qafarov, Yaşar Əmənov, Arif Şıxəliyev iş üzrə təqsirləndirilən şəxs kimi cəlb ediliblər, amma istintaq dövründə vurduqları ziyanı ödədikləri üçün barələrində açılan cinayət işinə xitam verilib.

Məhkəmənin növbəti prosesi 19 oktyabra təyin edilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahovla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi açılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Mehdi Əmrahov istintaqın gedişində ziyanın bir qismini ödəyib.

İstintaq dövründə yaşı və səhhəti nəzərə alınmaqla onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Zərəçəkən qismində Səhiyyə Nazirliyi tanınıb.

Mehdi Əmrahov məhkəmənin ilk prosesində məhkəmə zalında həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR