Bank Of Baku

Şəki sakinini ilan sancıb, vəziyyəti ağırdır

Şəki sakinini ilan sancıb, vəziyyəti ağırdır
# 25 iyul 2025 08:08 (UTC +04:00)

Şəkidə 54 yaşlı kişini ilan sancıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam saatlarında rayonun Aşağı Göynük kənd sakini 54 yaşlı Cəlil Səməd oğlu Zamanov yaşadığı evin həyətyanı sahəsində işləyərkən qəfildən onu sağ əlindən ilan sancıb.

C. Zamanov yaxınlarının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə aparılıb.

C. Zamanova lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub. Onun vəziyyəti ağır qiymətləndirilir, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR