Bank Of Baku

Şəkidə 11 gün əvvəl xəsarət alan sərnişin dünən ölüb

Şəkidə 11 gün əvvəl xəsarət alan sərnişin dünən ölüb
# 18 oktyabr 2024 09:43 (UTC +04:00)

Oktyabrın 7-də Şəki rayonunun baş verən avtomobil qəzası zamanı xəsarət alan 27 yaşlı sərnişin Leyla Məmmədli dünən Bakı şəhərində müalicə aldığı xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, ölümlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə rayonun Qırxbulaq kəndi ərazisində baş verib, Rəşid Fətəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə qəza törədib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR