Bank Of Baku

Şəkidə 12 ton çətənə kolu məhv edilib

Şəkidə 12 ton çətənə kolu məhv edilib
# 23 iyun 2023 15:04 (UTC +04:00)

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Çapağan kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 12 ton olan 16 000 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR