Bank Of Baku

Şəkidə 4 gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Şəkidə 4 gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb
# 12 oktyabr 2024 10:50 (UTC +04:00)

Şəkidə dörd gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Kiş kənd sakini, 1955-ci il təvəllüdlü Camal Nuru oğlu Xalıqov müalicə aldığı Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, 69 yaşlı C.Xalıqov oktyabrın 8-i Şəki-Marxal avtomobil yolunda 1996-cı il təvəllüdlü Afiq Asif oğlu Hüseynovun idarə etdiyi minik avtomobili tərəfindən vurulmuşdu.

Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR