Bank Of Baku

Şəkidə 65 yaşlı kişi qoz ağacından yıxılaraq ölüb - FOTO

Şəkidə 65 yaşlı kişi qoz ağacından yıxılaraq ölüb - FOTO
# 27 sentyabr 2025 09:46 (UTC +04:00)

Şəkidə 65 yaşlı kişi qoz ağacından yıxılaraq ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Baş layısqı kəndində baş verib. Kənd sakini 65 yaşlı Allahyar Hümbət oğlu Şirinov yaşadığı kəndin ərazisində qoz ağacından ehtiyatsızlıqdan yıxılıb. Bədbəxt hadisə zamanı ağır xəsarət alan A. Şirinov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. A. Şirinov bu gün səhər saatlarında aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR