Bank Of Baku

Şəkidə avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Şəkidə avtomobilin vurduğu piyada xəstəxanada ölüb
# 26 sentyabr 2025 06:58 (UTC +04:00)

Şəkidə ötən gecə avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsində aldığı ağır xəsarətlərdən müalicə alan Şəki şəhər sakini Hasil Əsgərov sentyabrın 25-i axşam saatlarında ölüb.

Qeyd edək ki, H. Əsgərovu sentyabrın 24-dən 25-ə keçən gecə yolu keçmək istəyən zaman Şəki şəhər ərazisində avtomobil vurmuşdu.

Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR