Bank Of Baku

Şəkidə evdə partlayış olub, ana və 2 azyaşlı övladı ağır xəsarət alıb - YENİLƏNİB

Şəkidə evdə partlayış olub, ana və 2 azyaşlı övladı ağır xəsarət alıb - YENİLƏNİB
# 17 iyun 2023 17:35 (UTC +04:00)

Şəkidə evdə partlayış olub, ana və 2 azyaşlı övladı ağır xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, bu gün Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində yerləşən fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş verib.

Hadisə zamanı yanıq xəsarətləri alan 2000-ci il təvəllüdlü Şəlalə Yusifova və onun 2 azyaşlı övladı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hər üç şəxs vəziyyətləri nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriləcək.

***

17:28

Şəkidə evdə partlayış olub, 3 nəfər ağır xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün rayonunun Aşağı Göynük kəndində baş verib.

Partlayış zamanı evdə olan 2000-ci il təvəllüdlü Yusifova Şəlalə Nəsib qızı, 2021-ci il təvəllüdlü Soltanlı Məhəmməd Nicat oğlu və 2020-ci il təvəllüdlü Soltanlı Əli Nicat oğlu ağır xəsarət alıblar. Hər üç şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR