Şəkidə “Kalaşnikov” satan şəxs saxlanılıb - FOTO

Şəkidə “Kalaşnikov” satan şəxs saxlanılıb - FOTO
# 27 may 2024 08:23 (UTC +04:00)

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı 1975-ci il təvəllüdlü Namiq Məmmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, ondan “Kalaşnikov” avtomatı, daraq və 30 ədəd patron aşkarlanıb.

Saxlanılan şəxs silahı bir müddət əvvəl satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, N.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Son günlərdə polis əməkdaşlarının Şəki şəhərində keçirdikləri tədbirlərlə vətəndaşlardan biri “Makarov” markalı tapança olmaqla ümumilikdə 18 odlu silah götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR