Bank Of Baku

Şəkidə mikroavtobus yanıb - FOTO

Şəkidə mikroavtobus yanıb - FOTO
# 25 sentyabr 2024 15:15 (UTC +04:00)

Şəkidə mikroavtobusda yanğın olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında rayonun Qoxmuq kəndi ərazisində baş verib. Rayon sakini Azad Yusif oğlu Babayevə məxsus "Mercedes-vito" markalı, 99 HT 247 dövlət nömrə nişanlı mikroavtobusda baş verən yanğının söndürülməsi üçün Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində mikroavtobusun mühərrik hissəsi yanıb. Mikroavtobusda sərnişin olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR