Şəkidə "BMW" markalı minik avtomobili aşıb, xəsarət alan var.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.
1987-ci il təvəllüdlü Anar Yasin oğlu Ələkbərovun idarə etdiyi "BMW" markalı minik avtomobili idarəetmənin itməsi səbəbindən yoldan çıxaraq aşıb.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.