Şəkidə yol qəzasında ölən piyadanın kimliyi məlum olub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, piyada rayonun Aşağı Göynük kənd sakini 1980-cı il təvəllüdlü Rasim Şəhmərdan oğlu Əlimərdanovdu.
R. Əlimərdanov “VAZ 21011” markalı minik avtomobili tərəfindən vurulub.
Avtomobili idarə edən şəxs isə rayonun Baş Göynük kənd sakini olan Faiq Vəliyevdi.
***
Saat 19:50
Şəki rayonunda piyadanı maşın vuraraq öldürüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Aşağı Göynük kəndi ərazisində baş verib.
Hələlik şəxsiyyəti dəqiqləşməyən 45-50 yaşlı kişini avtomobil vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən ölüb.
Faktla bağlı araşdırma aparılır.