Şəkidə kiçik tutumlu yük maşını ilə “VAZ 2106” markalı minik avtomili toqquşub, xəsarət alan var.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonu Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan bir nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralıya ilkin tibbi yardım göstərilir, şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.