Bank Of Baku

Şəkidə yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər xəsarət alıb

Şəkidə yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər xəsarət alıb
# 23 oktyabr 2024 22:38 (UTC +04:00)

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Balakən rayon sakini İmran Məmmədov idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə hərəkərdə olarkən əraziyə qoyulmuş yol nişanına nəzərət etməyərək maşını qum ambarına çırpıb.

Qəza zamanı sürücü xəsarət almasa da avtomobildə olan iki nəfər Balakən rayon sakinləri 1981-ci il təvəllüdlü Əziz Aydın oğlu Kaltayev və 1962-ci il təvəllüdlü Fərman Ömər oğlu Kaltayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR