Bank Of Baku

Şəkidə yol qəzasında sürücü, 1 yaşlı qızı və daha bir nəfər xəsarət alıb

Şəkidə yol qəzasında sürücü, 1 yaşlı qızı və daha bir nəfər xəsarət alıb
# 26 noyabr 2025 14:58 (UTC +04:00)

Şəki rayonunun Cəyirli kəndi ərazisində yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Oğuz rayon sakini 36 yaşlı Firqət Haşimovun idarə etdiyi “Toyota” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində F. Haşimov, onun avtomobildə olan qızı - 2024-cü il təvəllüdlü A.Haşimova və 1987-ci il təvəllüdlü Nərmin Rzayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR