Şəkidə yük maşını ilə minik avtomobili toqquşub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki Giriş avtomobil yolunun “Daşqaya” adlanan ərazisindən keçən hissəsində baş verib.
Qazax rayon sakini Səməd Süleymanovun idarə etdiyi “MAN” markalı yük maşını ilə Şəki rayon sakini Əfqan Nəbiyevin idarə etdiyi “Ford” markalı minik avtomobili toqquşub. Qəza zamanı “Ford”da olan sərnişin Minayə Əlixanova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.