Ötən gün axşam saatlarında Qusara yağan güclü yağış bir sıra fəsadlar törədib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, yağışdan sonra yaranan sel suları evlərin həyətlərinə dolub. Sel şəhərin küçələrinə çınqıl və palçıq gətirib. 3 kənddə və şəhər mərkəzində elektrik təsərrüfatına ziyan dəyib.
Dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.