Bank Of Baku

Şəmkir sakini əmisi oğluna balta ilə xəsarət yetirib - YENİLƏNİB

Şəmkir sakini əmisi oğluna balta ilə xəsarət yetirib - YENİLƏNİB
# 07 yanvar 2023 14:28 (UTC +04:00)

Şəmkir sakini əmisi oğluna balta ilə xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, Şəmkir rayon Polis Şöbəsinə rayon sakini Elçin Əliyevin baş nahiyəsindən xəsarət alması ilə bağlı məlumat daxil olub. İlkin məlumata görə E. Əliyev torpaq üstündə əmisi oğlu Səxavət Əliyev ilə mübahisə edən zaman xəsarət alıb. Zərərçəkmiş ifadəsində əmisi oğlunun balta ilə ona xəsarət yetirdiyini bildirib.

Faktla bağlı ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

***

13.18

Şəmkirdə dava olub, xəsarət alan var.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qədim qala kəndində qeydə alınıb.

Dava zamanı müxtəlif bədən xəsarətləri alan 1989-cu il təvəllüdlü Elçin Əliyev xəstəxanaya yerləşdirilib, vəziyyətinin ora ağır olduğu bildirilir. Məlumata görə, E.Əliyev tanıdığı şəxs tərəfində torpaq üstündə düşən dava zamanı balta ilə vurulub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR