Şəmkirdə 2 minik avtomobili toqquşub, xəsarət alanlar var

Şəmkirdə 2 minik avtomobili toqquşub, xəsarət alanlar var
# 28 iyun 2024 00:20 (UTC +04:00)

Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Yeniabad kəndinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21015" ilə "VAZ 2106" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR