ATƏT DTİHB növbədənkənar parlament seçkilərinin uzunmüddətli müşahidəsinə dəvət ediləcək

ATƏT DTİHB növbədənkənar parlament seçkilərinin uzunmüddətli müşahidəsinə dəvət ediləcək
# 29 iyun 2024 16:42 (UTC +04:00)

Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu parlament seçkiləriinin uzunmüddətli müşahidəsi ilə əlaqədar dəvət edəcəyik. Səhv etmirəmsə, onlar yay dövründə uzunmüddətli müşahidə keçirmirlər.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu qısamüddətli müşahidə keçirəcək: “Amma biz istərdik ki, uzunmüddətli müşahidə keçirsinlər. Biz çox məmnuniyyətlə onları burada qarşılamağa hazırıq.

Məzahir Pənahov qeyd edib ki, geniş çeşiddə müşahidə missiyasının Azərbaycanda fəaliyyət göstərməsini təmin edəcəklər: “Yerli müşahidəçilər də MSK-ya müraciət edə bilərlər. Hər hansı konkret seçki dairəsinin hüdudlarında seçkini müşahidə etmək üçün həmin dairənin seçki komissiyasına müraciət edilməlidir. Kim müraciət edirsə, hamısına şərait yaratmağı tapşırmışıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR