Şəmkirdə 28 yaşlı qadını bıçaqlayan şəxs saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-nın yerli bürosuna bildirib.
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində N.Nəsrəddinliyə kəsici-deşici alətlə daxilə keçməyən xəsarət yetirməkdə şübhəli bilinən, rayon sakini 1995-ci il təvəllüdlü Arzu Əliyev saxlanılıb.
Araşdırmalar davam etdirilir
***
22:23
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
28 yaşlı Nailə Nəsrəddinli bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Qadının vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, qadın əri tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşırma aparılır.