Bank Of Baku

Şəmkirdə 7 nəfər dönərdən zəhərlənib

Şəmkirdə 7 nəfər dönərdən zəhərlənib
# 10 noyabr 2025 10:44 (UTC +04:00)

Şəmkir şəhərində 7 nəfər dönərdən zəhərlənib.

APA-nın məlumatına görə, hadisə ötən gün şəhərin ərazisində yerləşən “Mersin” dönərxanasında baş verib.

Belə ki, şəhər sakinləri 1994-cü il təvəllüdlü Nəsib Eldəniz oğlu Zeynalov, oğlu 2020-ci il təvəllüdlü Emin, qızı 2023-cü il təvəllüdlü Nazlı, Dəllər Cəyir qəsəbə sakini 1991-ci il təvəllüdlü Dürdanə Elçin qızı Kazımova, qızı 2014-cü il təvəllüdlü Damla və oğlu 2015-ci il təvəllüdlü Toğrulla birgə dönərdən zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Noyabrın 9-u saat 01:00 radələrində isə Şəmkir şəhərinin ərazisində yerləşən “Mahmud” dönərxanasından Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Ruslan Hacıbəy oğlu Eyniyev dönərdən zəhərlənmə ilə xəstəxanaya gətirilib və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

APA-nın sorğusuna cavab olaraq AQTA-dan bildirilib ki, Şəmkirdə baş verən hadisənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məsələ nəzarətə götürülüb. Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, müvafiq nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırma davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR