Bank Of Baku

Şəmkirdə avtomobil dərəyə aşıb

Şəmkirdə avtomobil dərəyə aşıb
# 22 oktyabr 2024 16:09 (UTC +04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan kiçik tutumlu “Ford Tranzit” markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq dərəyə aşıb.

Maşının sürücüsü, 1982-ci il təvəllüdlü B.Bayramov xəsarət alaraq Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Daha sonra Gəncədəki xəstəxanaya hospitalizasiya edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR