Bank Of Baku

Şəmkirdə baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - FOTO - YENİLƏNİB-1

Şəmkirdə baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - FOTO  - YENİLƏNİB-1
# 31 avqust 2025 11:01 (UTC +04:00)

Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospital olunub.

APA xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, 2007-ci il təvəllüdlü 2 nəfərə və 2010-cu il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin travmaları və açıq sınıqları diaqnozları təyin olunub və zəruri ilkin tibbi xidmət göstərilib.

2007-ci il təvəllüdlü şəxslərin vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri Cərrahiyyə şöbəsində davam etdirilir.

Vəziyyəti stabil qiymətləndirilən 2010-cu il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

***

08:30

Şəmkirdə baş verən qəzada xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə xəsarət alanlar 2008-ci il təvəllüdlü E. Cəbiyev, 2007-ci il təvəllüdlü E. Səfxanov və 2010-cu il təvəllüdlü R. Alıyevdir.

Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

07:07

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "MAZ" markalı yük avtomobili yoldan çıxaraq aşıb.

Qəza zamanı Z.Səmədov hadisə yerində ölüb. Xəsarət alan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR