Bank Of Baku

Şəmkirdə dönərdən 24 nəfər zəhərlənib - YENİLƏNİB-2

Şəmkirdə dönərdən 24 nəfər zəhərlənib - YENİLƏNİB-2
# 21 avqust 2025 10:29 (UTC +04:00)

Avqustun 20-də saat 18:30 radələrindən başlayaraq zəhərlənmə şübhəsilə 24 nəfər (9-u kişi, 15-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, onlardan 14-ü azyaşlıdır: "Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb".

***

01.38

20.08.2025-ci il tarixində saat 18:30 radələrindən başlayaraq zəhərlənmə şübhəsilə 20 nəfər (7-si kişi cinsli, 13-ü qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

Onlardan 9-u azyaşlıdır. Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib.

15 nəfər ambulator müalicə üçün evə buraxılıb. 5 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

***

Şəmkirdə dönərdən zəhərlənənlərdən beşi Tovuz rayon sakinidir.

APA-nın yerli bürosunun məlumatına görə, Tovuz rayonun Əyyublu kənd sakinləri - 2002-ci il təvəllüdlü N. Tağıyev, 2024-cü il təvəllüdlü K. Tağıyev, 2021-ci il təvəllüdlü R. Tağıyev, 2010-cu il təvəllüdlü E. Tağıyev və ailənin daha bir üzvünün Şəmkir rayonu ərazisindəki “Almalı” kafesindən aldıqları dönəri yedikdən sonra vəziyyətləri pisləşib.

Hazırda onların müalicəsi Tovuz Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.


***
01:16

Şəmkirdə dönərdən zəhərlənən şəxslərin kimliyi açıqlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, zərərçəkənlər bunlardır:

  • 1991-ci il təvəllüdlü V. Hüseynov

  • 2019-cu il təvəllüdlü D. Bayramlı

  • 2014-cü il təvəllüdlü X. Abbasova

  • 1987-ci il təvəllüdlü G. Babayeva

  • 2020-ci il təvəllüdlü Ö. Abbasov

  • 2011-ci il təvəllüdlü Ş. Babayeva

  • 2013-cü il təvəllüdlü Q. Babayev

  • 2016-cı il təvəllüdlü H. İsmayılov

  • 2022-ci il təvəllüdlü A. Hüseynova

  • 2005-ci il təvəllüdlü N. Nağıyeva

  • 2002-ci il təvəllüdlü A. Muradov

  • 2019-cu il təvəllüdlü S. İsmayılov

  • 1978-ci il təvəllüdlü E. Muradova

  • 2020-ci il təvəllüdlü A. Qurbanova

  • 1986-cı il təvəllüdlü G. İsmayılova

  • 1998-ci il təvəllüdlü A. Vəlizadə

  • 1996-cı il təvəllüdlü T. Süleymanova

  • 1975-ci il təvəllüdlü R. Əhmədova

  • 1986-cı il təvəllüdlü G. Bayramlı

  • N. Süleymanlı

Məlumata görə, zəhərlənən şəxslərin vəziyyəti hazırda normaldır.


***
23:43

Şəmkir rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 20 nəfər zəhərlənərək xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, zəhərlənmə dönərdən qaynaqlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR