Bank Of Baku

Şəmkirdə əmisi oğlu tərəfindən bıçaqlanan şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB-1

Şəmkirdə əmisi oğlu tərəfindən bıçaqlanan şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB-1
# 18 noyabr 2025 09:19 (UTC +04:00)

16.11.2025-ci il tarixində saat 17:20 radələrində 1969-cu il təvəllüdlü şəxs (kişi) xəsarət alması səbəbilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Ona döş qəfəsinin sağ yuxarı iç səthinin 5-ci qabırğa səviyyəsində daxilə keçən kəsilmiş-deşilmiş yarası, qarının aşağı hissəsinin sağ iç hissəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib.

Hazırda pasiyentin müalicəsini Cərrahiyyə şöbəsində davam etdirir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir

***

17.11.2025

Şəmkirdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı şübhəli şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, yaşlı Əlövsət Həsənov saxlanılaraq istintaqa təhvil verilib.

Məlumata görə, bıçaqlanan 56 yaşlı Əbülfəz Həsənov və onu yaralamaqda şübhəli bilinən Əlövsət Həsənov əmioğludurlar.

Faktla bağlı araşdırmalar davam etdirilir.


***
20:21

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, insident Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakini, 56 yaşlı Əbülfəz Həsənov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat edilib və hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, Əbülfəz Həsənov həmkəndlisi, 51 yaşlı Əlövsət Həsənov tərəfindən aralarında yaranan mübahisə zamanı bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR