Bank Of Baku

Şəmkirdə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Şəmkirdə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
# 29 iyul 2025 08:23 (UTC +04:00)

Şəmkirdə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarənın keçirdikləri müvafiq tədbirlər nəticəsində S. Əliyevə və K. Əliyevə kəsici deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ehtiram Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-ya verilən məlumata görə, iyulun 28-də saat 22:40 radələrində xəsarət alan 1999-cu il və 2005-ci il təvəllüdlü 2 nəfər (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1999-cu il təvəllüdlü şəxsə sol əlin ovuc səthinin deşilmiş-kəsilmiş yarası, 2005-ci il təvəllüdlü şəxsə sol bazunun orta 1/3-nin kəsilmiş-deşilmiş yarası, hematoma diaqnozu təyin edilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıb.

***

07:59

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakinləri 2005-ci il təvəllüdlü Kazım Əliyev və 1999-cu il təvəllüdlü Sübhan Əliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal hər iki şəxsə yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki, əmi oğlanları olan həmin şəxsləri həmyerliləri olan Şəmkir şəhər sakini 1984-cü il təvəllüdlü Ehtiram Hüseynov aralarında baş verən münaqişə zəminində bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR