Bank Of Baku

Şəmkirdə Kürdə batan 17 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB

Şəmkirdə Kürdə batan 17 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB
# 01 sentyabr 2024 16:23 (UTC +04:00)

Şəmkirdə Kürdə batan yeniyetmənin meyiti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, 2007-ci il təvəllüdlü Yaqub Ələkbərovun meyiti sudan çıxarılaraq adiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, "112" qaynar telefon xəttinə Şəmkir rayonu, Qaranüy kəndində Şəmkir su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

14.31

Şəmkirdə bir nəfər Kürdə batıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Kür çayının rayonun Qaranüy kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Əraziyə xilasedicilər, polis və təcili tibbi yardım briqadası cəlb olunub.

Kürdə batan şəxsin rayonun Çaparlı kənd sakini 2007-ci il təvəllüdlü Ələkbərov Yaqub Elbrus oğlu olduğu bildirilir.

DİN-in Mətbua Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə Kür çayının rayon ərazisindən keçən hissəsində bir nəfərin batması ilə bağlı məlumat daxil olub. Hazırda polis əməkdaşları həmin əraziyə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR