Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində, Şəmkir rayonunun Çaparlı kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Təzəkənd kənd sakini, 1982-ci il təvəllüdlü Hacılı Yavər Kamil oğlunun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobus yolu qarşı tərəfə keçmək istəyən 1988-ci il təvəllüdlü V.Əlizadəni vurub.
Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb. Onun kimliyi dəqiqləşdirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.