Bank Of Baku

Şəmkirdə minik avtomobili ilə traktor toqquşub, xəsarət alanlar var

Şəmkirdə minik avtomobili ilə traktor toqquşub, xəsarət alanlar var
# 08 aprel 2026 08:09 (UTC +04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkir-Samux-Eldar yolunun rayonun Şəmkir rayonu ərazisində keçən hissəsində qeydə alınıb.
Belə ki hərəkətdə olan traktor ilə "VAZ 21099" markalı minik avtomobili ilə toqquşub.

Qəza zamanı Samux rayon sakinləri 1963-cü il təvəllüdlü İ.Seyidzair, 1971-cü il təvəllüdü E.Seyidzair, 1969-cu il təvəllüdlü M.Seyidzair və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR