Bank Of Baku

Şəmkirdə minik maşını ağaca çırpılıb, sürücü ağır xəsarət alıb

Şəmkirdə minik maşını ağaca çırpılıb, sürücü ağır xəsarət alıb
# 23 avqust 2024 12:52 (UTC +04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazində qeydə alınıb. Hərəkətdə olan "Passat" maraklı minik maşını idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza zamanı minik maşını deformasiyaya uğrayıb.

Dərhal əraziyə FHN əməkdaşları cəlb olunub. Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü 1996-cı il təvəllüdlü Məhərrəm Allahverdiyev FHN əməkdaşları tərəfindən çıxarılıb.

Ağır xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR