Bank Of Baku

Şəmkirdə piyadanı vuran avtomobil, daha bir qəza törədib

Şəmkirdə piyadanı vuran avtomobil, daha bir qəza törədib
# 25 avqust 2024 21:37 (UTC +04:00)

Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkir şəhərinin 14-cü küçəsində qeydə alınıb.

Hərəkətədə olan "VAZ 2106" markalı minik maşını yolu keçmək istəyən 2014-cü il təvəllüdlü N.Qədimovanı vurub.

Sürücü idarəetdiyi "VAZ" markalı minik maşını ilə az yaşlını xəstəxanaya aparakən "Lexus"markalı minik avtomobilli ilə də toqquşub.

Nəticədə 10 yaşlı piyada və "Lexsus"sərnişini 1983-cü il təvəllüdlü S.Aslanova xəstəxanaya yerləşdiriliblər.

Hər iki xəstənin vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR