Şəmkirdə yanğın olub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 150 m² olan talvarın tavanı və altında dayanan “Porsche” markalı minik avtomobilinin yanar hissələri yanıb. Talvarın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.