Bank Of Baku

Şəmkirdə qardaş bacısını bıçaqlayıb

Şəmkirdə qardaş bacısını bıçaqlayıb
# 25 noyabr 2025 21:27 (UTC +04:00)

Şəmkir rayonunun Çinarlı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəsəbə sakini, 1990-cı il təvəllüdlü M. Nəbiyeva bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub və vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, 35 yaşlı qadını onun qardaşı 20 yaşlı N. Musayev aralarında baş verən mübahisə zamanı bıçaqlayıb. Hadisəyə səbəbin qadının ofisiant olaraq işləməsi olduğu deyilir. Qadın elə çalışdığı kafenin qarşısında bıçaqlanıb.

Hadisəni törədən 20 yaşlı N.Musayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR