Bank Of Baku

Sentyabrda sərhəddə 1,5 milyon manatlıq qaçaqmal saxlanılıb

Sentyabrda sərhəddə 1,5 milyon manatlıq qaçaqmal saxlanılıb
# 02 oktyabr 2024 10:37 (UTC +04:00)

Ötən ay qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 1 milyon 529 min 391 manat оlan qaçaqmal, о cümlədən 1 ədəd avtomat darağı (23 ədəd patronu ilə birlikdə), 2 ədəd tapança darağı (75 ədəd patronu ilə birlikdə), dərman preparatları və tütün məmulatları saxlanılıb.

APA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir.

Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 74 kiloqram 627 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 44195 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR