Şirvanda iki gün əvvəl yolu keçərkən avtomobilin vuraraq öldürdüyü 85 yaşlı şəxsin tanınmış SSRİ idman ustası, Əməkdar məşqçi olduğu məlum olub.
APA-nın xəbərinə görə, Şirvan sakini, 85 yaşlı Sabir Zeynalabdin oğlu Ələkbərov sərbəst güləş üzrə SSRİ idman ustası, Azərbaycanın Əməkdar məşqçisi olub.
***
22.00
Bu gün axşam saatlarında Şirvan şəhər sakini Ə. Zeynalov idarə etdiyi "Chery" markalı avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən şəhər sakini S. Ələkbərovu vurub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosuna bildirilib ki, S. Ələkbərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar aparılır.
***
21:40
Yolu keçən Şirvan sakini, 1939-cu il təvəllüdlü Sabir Zeynalabdin oğlu Ələkbərovu 90 XO 571 dövlət nömrə nişanlı "Azsamand" markalı avtomobil vuraraq ağır yaralayıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri İstiqlaliyyət küçəsində qeydə alınıb.
Yaralı komatoz vəziyyətdə ağır kəllə-beyin travması ilə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.