Şirvanda avtomobil velosipedçini vuraraq öldürüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə H.Əliyev prospektində baş verib.
Şirvan sakini Tural Əhmədovun idarə etdiyi “Opel” markalı avtomobil hərəkətdə olan velosipedçini - Şirvan sakini 1968-ci il təvəllüdlü Xudaşükür Əliyevi vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.