Şirvanda sexdə meyit aşkar edilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində yerləşən qapı-pencərə sexində baş verib. Şirvan sakini, 1994-cü il təvəllüdlü Nuruşov Şəmistan Gündüz oğlunun meyiti icarəyə götürdüyü sexdə aşkar edilib.
Faktla bağlı Şirvan prokurorluğu tərəfindən araşdırma aparılır.