Bank Of Baku

Siyəzəndə itkin düşən 17 yaşlı yeniyetmə tapılıb - YENİLƏNİB

2008-ci il təvəllüdlü Bəşirov Sənan Bəşir oğlu

© APA | 2008-ci il təvəllüdlü Bəşirov Sənan Bəşir oğlu

# 09 noyabr 2025 15:26 (UTC +04:00)

Siyəzəndə itkin düşən 17 yaşlı yeniyetmə tapılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən xəbər verilib.

Bəşirov Sənan Bəşir oğlu polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

***

8 noyabr, saat 17.09

Siyəzəndə 17 yaşlı yeniyetmə itkin düşüb.

DİN-in Quba regional qrupundan APA-ya bildirilib ki, rayon sakini, 2008-ci il təvəllüdlü Bəşirov Sənan Bəşir oğlu avqustun 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə və ya Siyəzən RPŞ-nin “+994 23 304 02 21”, “+994 50 663 43 99” nömrələrinə məlumat vermələri xahiş olunur.

Emin Şirvanzadə

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR