Bank Of Baku

Siyəzəndə yanğın olub - YENİLƏNİB - VİDEO

Siyəzəndə yanğın olub - YENİLƏNİB  - VİDEO
# 21 avqust 2023 16:43 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Siyəzən rayonunun Siyəzən kəndində həyətyanı sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Siyəzən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, həyətyanı sahədə fəaliyyət göstərməyən ümumi sahəsi 800 m² olan sexdə yanğın baş verib. Yanğınsöndürənlər tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb. Yanğın nəticəsində sexin yanar konstruksiyaları 600 m² sahədə yanıb. Sexin qalan hissəsi və yaxınlıqdakı digər sexlər yanğından mühafizə olunub.

***

14.55

Siyəzən rayonunun Siyəzən kəndində həyətyanı sahədə fəaliyyət göstərməyən ümumi sahəsi 800 m² olan sexin yanar konstruksiyaları 600 m² sahədə yanıb.

FHN-dən APA-ya verilən məlumata görə, sexin qalan hissəsi və yaxınlıqdakı digər sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Samux şəhərində isə ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı köməkçi tikilinin yanar konstruksiyaları 45 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR