Bank Of Baku

Son iki gündə Şimal bölgəsində 35 qəza olub, 69 avtomobil zərər görüb

Son iki gündə Şimal bölgəsində 35 qəza olub, 69 avtomobil zərər görüb
# 09 yanvar 2023 10:20 (UTC +04:00)

Quba, Qusar və Xaçmazda 35 qəza olub.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, son iki gün ərzində qarlı hava şəraiti ilə bağlı Qusarda 7 nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 16 avtomobilə zərər dəyib.

Xaçmazda 13 nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 26 avtomobilə zərər dəyib.

Qubada 15 nəqliyyat hadisəsi olub, nəticədə xəsarət alan olmayıb, 27 avtomobilə zərər dəyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR